Körpə uşağım olduğu üçün sünnət namazlarını qıla bilmirəm...

    20.11.2014
Sual: 
salamun aleykum menim korpe usagim var ancaq vacib namazlari qiliram sunnetleri qila bilmirem.gunde ancaq 17ruket namaz qiliram artiq qila bilmirem.birde verdisdendi yoxsa seytanmi edir bilmirem namazda sozleri tez tez deyirem.bilmek isteyirem menim namazlarim batil sayilmirki?
Cavab: 

Aleykum salam. Sünnət namazlarnı qılmamaq fərz namazlarını batil etmir. Çalışın, imkan olanda sünnətlərdən bacardıqlarınızı qılın. Daha ətraflı: Sünnət namazlarını qılmamaq olarmı?
Namazı tez-tələsik qılmaq olmaz. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Həqiqətən Allah Təala Quranı nazil etdiyi kimi oxunmasını sevər". (Buxari və Muslim). Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin qiraəti (oxumağı) barədə soruşulduqda belə demişdir: "Onun qiraəti hərf-hərf idi". (Yəni, hərf-hərf sayıla biləcək qədər aydın idi). (Muslim)
Bu halın baş verməməsi üçün burda yazılanları edin: Namazda fikrin qarışmaması üçün nə etməli?

Teqlər: 
Paylaş: