Ərim peyğəmbərimiz kimi namaz qılmağıma mane olur, nə edim?
Aleykum salam. İslamda mütləq şəkildə tabeçilik yalnız Uca Allaha və Onun Rəsulundadır (salləlahu aleyhi və səlləm). Doğrudur, övladın valideynə, qadının ərinə və s. tabe olması da əmr edilmişdir. Amma Allaha asi olmaqda və günah işlərdə tabe olmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət etmək olmaz". Sadaladığınız şeylər şirk və bidətdir (dində yenilik, Peyğəmbərin - salləlahu aleyhi və səlləm - etmədiyi şeyləri etmək), bunlar da böyük günahlardandır. Amma hər bir halda ərinizlə gözəl davranmalı, onu öz əxlaqınızla dəvət etməyə çalışmalısınız. Huseyin ibn Mihsandan (Allah ondan razı olsun) rəvayət edilir ki, bibisi bəzi ehtiyaclar barədə soruşmaq üçün Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına getdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onunla söhbətini bitirdikdən sonra belə dedi: "Sənin ərin varmı?"O dedi: "Bəli". (Peyğəmbər) (salləlahu aleyhi və səlləm) dedi: "Onunla necə dolanırsan?" O dedi: "Onun haqlarını yerinə yetirməkdə əlimdən gələni edirəm, sadəcə bacarmadığım şeylər bundan istisnadır". O dedi: "Onunla davranışına fikir ver, çünki o sənin cənnətin və cəhənnəmindir". (İmam Əhməd). İnşallah namaza başlayın, çünki namazı heç bir halda dayandırmaq olmaz. Namazlarda bu barədə çoxlu dua edin və bilin ki, qəlblər Uca Allahın əlindədir. Allah kömək olsun! Həmçinin oxuyun: