Quranı oxumadan evdə bağlı saxlamağın bir günahı varmı?

    28.11.2014
Kimdən: 
Mustafa
Sual: 
Salam aleykum...Bizim evimizde Quran kitabi var ancaq onu bagli sekilde hec oxumadan evde saxlayiriq bilmek isterdim bunun her hansi bir gunahi varmi??? Cox sagolun
Cavab: 

Aleykum salam. Uca Allah Qurani Kərimi evdə bağlı saxlamaq üçün yox, oxuyub öyrənmək üçün endirmişdir: "Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır". (əl-Bəqərə, 2).
"
And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan varmı?" (əl-Qamər, 22).
"
Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və bir öyüd-nəsihətdir". (Ali İmran, 138).
"
Bu (Quran) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!" (Yusuf, 104).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç şey qiyamət günü sahibindən şikayətlənər. Müəyyən bir yerdə olan lakin oxunmayan Qurani Kərim, elmli olub elmini insanlara öyrətməyən alimin elmi və ətrafında insanların olduğu halda içini toz basıb namaz qılınmayan məscid". (Əbu Davud; ət-Tirmizi; ən-Nəsai).
Odur ki, əvvəlcə Quranın Azərbaycanca mənaca tərcüməsini oxumaq, daha sonra isə ərəbcə oxumağı öyrənərək orijinalını oxumaq lazımdır.
Həmçinin oxuyun: Quran oxumağın savabı barədə

Teqlər: 
Paylaş: