"Sübh namazını vaxtında qıla bilməyənin o biri namazları qılmasına ehtiyac yoxdur" ifadəsi doğrudurmu?
Sual:
Salam aleykum. refiqelerim birdefe öz aralarinda sohbet edende bele eşitdim (Allah quranda buyurubki subh namazin vaxtinda durub qilmayanlar o birsi namazlarinida qilmaga ehtiyac yoxdur yəni qilmasinlar) doğrusu vallahi inanmadim çunki bunu danişanlar şieler idi indi sizden soruşuram quranda bele bir şey yazilibmi? :D
Cavab:
Aleykum salam. Bu ifadə doğru deyil, çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) vaxtında qılına bilməyən namazın imkan olan kimi qəzasını qılmağı buyurmuşdur. Hər hansı namazı buraxanın digər namazları da qılmaması isə dinə ziddir, çünki Rəbbimiz bizə bütün namazları vaxtlı-vaxtında qılmağı buyurmuşdur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
"...Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən Nisa, 103). Həmçinin oxuyun:
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Sübh namazına gecikirəm