Ayətul-kursi duası necə oxunur?

    10.12.2014
Kimdən: 
tagiyev.orxan
Sual: 
Salam. Ayeti kursu nun yaza bilersiz? Bilmek isteyirwm
Cavab: 

Va aleykum Salam.

Ayətul Kursi

Əuuzu billəəhi minə-ş-şeytaani-r-raciim:
Uca Allah buyurur: "Allaahu ləə iləəhə illəə huvə-l-həyyu-l-qayyuum. Ləə tə'xuzuhuu sinətuv-valəə nəuvvvvm. Ləhuu məə fis-səməəvaati va məə fil-ard. Mənn zəlləzii yəşfəu' i'ndəhuu illəə bi-iznih. Yə'ləmu məə beynə əydiihim va məə xalfəhum. Va ləə yuhiituunə bi-şey'im min i'lmihii illəə biməə şəəə-Ə' Vəsia' kursiyyuhus-səməəvaati val-ard. Va ləə yəUuduhuu h'ifzuhuməə, Va huvəl-Aliyyu-l-Aziim". (əl-Bəqərə, 255).

Mənası: "Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur". (əl-Bəqərə, 255). Həmçinin oxuyun: 
Ayətul Kursinin izahı
Ayətul Kursinin fəziləti

Teqlər: 
Paylaş: