Uzanan halda dua etmək olarmı?

    14.12.2014
Kimdən: 
Allah bəndəsi
Sual: 
Əvvəla Salam Aleykum.Mən hər gün dua edib şükr etməyi özümə şərt qoyuram , lakin bəzi şeyləri dəqiq bilmirəm.Dua edərkən sağlam olmağıma baxmayaraq bu işi uzanan yerdə edirəm. Bu nə dərəcədə düzgündü?Digər sualım isə belədir dua edərkən duanın özündən başqa hansı sözləri işlətməliyəm? Mənim cəmi 11 yaşım var.Ancaq mən namaz qılmıram tək dua edirəm mən belə edərək günah qazanırammı?
Cavab: 

Aleykum salam. Uzanaraq dua, zikr etmək olar. Uca Allah buyurur: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad (zikr, dua) edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran, 191).
Duada hansı sözləri işlətmək barədə buradan oxuyun: Duanın ədəbləri
Dua etmək savabdır, lakin namaz qılmamaq böyük günahdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sizin yaşınızda uşaqlara namaz qılmağı əmr etmişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namaz qılmağı əmr edin. On yaşına çatdıqda isə onları (yüngül, tərbiyə məqsədilə) vurun və yataqlarını ayırın". (Əbu Dəvud; Əhməd).

Ona görə də, Allaha asanlaşdırmasını dua edərək tezliklə namaza başlayın. Həmçinin oxuyun:
Namaz qılınma qaydası - VİDEO
Namaz qılmayan Cənnətə girə bilərmi?

Teqlər: 
Paylaş: