Hər gün təyəmmüm almaq olarmı?
Sual:
Salam Aleykum ..Teyemmum her gun almaq olarmi..Birde yuyunub destemaz alirsan tez.sinir uzr isteyirem hava gelir tezeden yuyunmaq lazim yene???
Cavab:
Aleykum salam. Daimi olaraq təyəmmümlə namaz qılmaq olmaz. Su varsa və xəstəlik təhlükəsi yoxdursa, namazdan əvvəl dəstəmaz alınmalıdır. Əgər bağırsaqlarda xəstəlik səbəbindən kimsə dəstəmazını saxlaya bilmirsə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə adamlara namazdan qabaq bir dəfə dəstəmaz alaraq fərz və nafilə namazlarını qılmağa icazə vermişdir. Bu zaman həmin adam namaz əsnasında yel çıxmasına fikir vermir.