Musiqi səsinə görə camaat namazından çıxıb yenidən qoşulmaq doğrudurmu?

    08.01.2015
Sual: 
Salam aleykum.Bir defe biz 3 nefer ferz namazini qilirdiq.Biz namaza bawlayandan sonra bize yaxin olan yerde uwaqlar musiqi acdilar.Musiqi sesi olan yerde namaz qilanda insanin fikri dagilir.Men de ferz namazdan cixib uwaqlara dedim ki,musiqini sondurun biz namaz qiliriq,onlar da musiqini sondurduler.Men de gedib destamaz alib yeniden ferz namaza qowuldum ve namazumi tamamladim.Menim soruwmag istediyim budur ki,menim musiqi sesine gore ferz namazdan cixmagim dogrudurmu? ALLAH razi olsun.Essalamu aleykum rahmatullah.
Cavab: 

Aleykum salam.
Əvvala qeyd edək ki, ibadətin şərtlərindəndir ki, ibabət olunan yerə diqqət yetirəsiniz. Ona görə də, çalışın ki, fikriniz yayınmayacaq bir yerdə namaz qılın və ya əvvəlcədən uyğun şərait yaradın. Əgər qılmağa başlamısınızsa, buna görə namazdan çıxmaq lazım deyil, çünki bu hal namazı batil etmir.

Namazdan çıxdıqda dəstəmaz pozulmadığı üçün yenidən dəstəmaz almağa ehtiyac yoxdur.

Camaatla bərabər namaz qıldıqda üzrlü səbəbə görə namazdan çıxdıb sonra yenidən namaza qoşulduqda, buraxdığınız rükətləri də qılaraq namazı tamamlamaq lazımdır. Ancaq tək namaz qıldıqda namazdan çıxsanız, yenidən qıldıqda, əvvəldən (birinci rükətdən) başlamaq lazımdır.

Həmçinin oxuyun: Namazı və dəstəmazı batil edən hallar

Paylaş: