Ər və arvad cinsi əlaqə olmadan bir-birinin övrət yerinə toxunsa, qüsl pozulurmu?
Sual:
Salam aleykum.
Allah (subhanahu və təala) haqqı söyləməkdən utanmaz.
1 Kişi zövcəsinin və ya zövcəsi ərinin övrətinə əl vurarsa, (cinsi əlaqə olmadan) qüsl almaq vacibdirmi?
2 Əgər kişinin övrəti qadının övrətinə paltarın (tumanın) üstündən dəyərsə qüsl almalıdırlarmı?
Cavab:
Aleykum salam. Qeyd etdiyiniz halların heç biri qüslu pozmur. Qüslu pozan amillər haqda daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?