Kafir olan və günaha öyrəşmiş insan necə imana gələ bilər?

    13.01.2015
Kimdən: 
orxan
Sual: 
Assalamu aleykum,kafir olan,nefsi günaha öyreşmiş(şeytanın hökm oxuduğu) bir şexs nece imana gele biler? Her qatı kafir imana gele biler?
Cavab: 

Aleykum salam. Allahın izni ilə ən qatı günahkar da tövbə edib islama gələ bilər, bununla da onun keçmiş günahları silinir. Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, müşriklərdən adam öldürmüş və bunu xeyli etmiş, zina etmiş və bunu xeyli etmiş bir qrup adam peyğəmbərin yanına gəlib dedilər: "Sənin söylədiklərin və bizi dəvət etdiklərin gözəldir. Bircə bizə bizim bu işlədiklərimizə görə kəffarənin olub-olmadığını söyləsəydin?". Bu əsnada, "Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!" (əl-Furqan, 68-70) və "(Qullarıma mənim bu sözümü) de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əl-Zumər,52) ayələri nazil oldu". (əl-Buxari, 4436, Muslim, 174). Həmçinin oxuyun:
Küfr və azğınlıq içində olan bir insan imana gələ bilərmi?

Teqlər: 
Paylaş: