Əli bağlı namaz qılmaq haqqında Quranda ayə varmı?

    11.01.2014
Sual: 
Salam aleykum. Eli bagli namaz qilmaq haqqinda Quarni Kerimde aye varmi? Varsa hansi sure ve hansi aye oldugunu deyin...
Cavab: 

Aleykum salam. Əli bağlı namaz qılmaq barədə tam olaraq açıq-aydın bir ayə gəlməmişdir. Lakin bəzi təfsirlərdə qeyd olunmuşdur ki, əl Kövsər surəsinin 2-ci ayəsi, namazda əli bağlamağa aiddir. Bəzi təfsirlərdə İmam Əlidən (Allah ondan razı olsun) rəvayət olunur ki, bu ayə namazda əlləri bağlamağa dəlildir. Çünki, qurban kəsəndə heyvanın əlləri çarpaz bağlanılır. Ayədə də deyilir: "...namaz qıl və qurban kəs". Yəni, qurbanlıq heyvan Allaha necə qurban verilirsə - əlləri çarpaz vəziyyətdə - sən də namazda əlləri çarpaz tutaraq Rəbbinə namaz qıl. Həmçinin, namazda əllərin qoyuluşu barəsində bir çox hədislər vardır. Daha ətraflı: Namazda əlləri necə tutmaq lazımdır?

Teqlər: 
Paylaş: