Dəstəmaz almağa şərait yoxdursa, namazı qəzaya saxlamaq olar?
Sual:
salam.menim isle elaqadar gunorta namazim qezaya qalir yeni is yerimde ele bir serit yoxduki destamaz alim qezaya saxlamaq gunahdirmi? ama axsam qezasini qiliram.
Cavab:
Və aleykum Salam. Dəstamaz almağa imkanınız yoxdursa, təyəmmüm alıb namazı qılmaq olar. Namazı qəsdən buraxmaq böyük günahdır. (Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. (əl-Ənkəbut, 45). (Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun). (əl-Bəqərə, 248)