Keçmiş illərin qəzası qılınırmı və səhv səcdəsi haqqında

    25.01.2015
Kimdən: 
muselmanka91
Sual: 
Assalamualeykum.1.Men 23 yawimdan bawlamiwam namazlara artiq 1ildir hec birini buraxmadan qiliram,bu vaxta qeder qilmadigim namazlarin qezalarini qilmaq isteyirem,hergun bir gunun namazlarini. Bir kitabdan oxumuwam.Dini qebul elemezden evvelki illerin qezalari qilinmir,ama dine gelenden sora butun butun buraxdigi namazlarin qezalari qilinmalidir.Sizden xahiwim budur,qeza namazlari nece ruket qilinir,ve istenilen vaxt qilina bilermi,ya'ni ferzinden evvel yaxudda sonra? 2.Eger sehv secdede de sehv elesek,neynemek olar? batil olur namaz? 3.Oturuwda,attahiyyatuda barmagi hansi vaxt qaldirilmali ve nevaxt awagi salinmalidir?bu barede heresi bircur deyir,deqiqini bilmek isteyirem. Sizden cox xahiw edirem,butun suallarima birbawa cavab yazin da,bawqa suallari gostermeyin ve zehmet olmasa tez cvb.landirin.men qeza namazlara bawlamaq isteyirem. Allah razi olsun ve size cennetde yuksek yeri ayirsiz. AMİN
Cavab: 

Aleykum salam.

  1. İslamda keçmiş illərin qəza namazları anlayışı yoxdur. Əgər siz fərz namazlarından əlavə namazlar qılmaq istəyirsinizsə, sünnətləri qılın, bunun savabı çoxdur. Daha ətraflı: Keçmiş illərin qəza namazları qılnmalıdırmı? , Sünnət namazları haqqında
  2. Səhv səcdəsində də səhv etdikdə namaz batil olmur. Yenidən səhv səcdəsi etmək lazımdır. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir? 
  3. Bu barədə iki rəy var. Birinci rəy odur ki, təşəhüddə əvvəlindən sonuna qədər barmaq qaldırılaraq tərpədilmədən düz saxlanılır. İkinci rəy isə odur ki, təşəhhüddə duanı oxumağa başlıyandan axıra kimi barmaq yavaşca aşağı-yuxarı tərpədilir və barmağa da baxmaq lazımdır. Əksər alimlərə görə ən doğru olan rəy də elə budur. Daha ətraflı: Namazda təşəhüddə barmağı nəyə görə qaldırmaq lazımdır?
Teqlər: 
Paylaş: