Haqqı halal etməmək nə deməkdir?

    10.01.2014
Sual: 
salam aleykum hakki halal etmemek ne demedi? men birine dedim ve gunaha girmis oldum?
Cavab: 
Və aleykum Salam. Bir insana istər maddi, istər mənəvi haqsızlıq etdikdə günaha görə Allahdan bağışlanma diləmək və haqsızlığa məruz qalan insandan halallıq istəmək lazımdır. Haqsızlığa məruz qalan insan haqqını halal edib-etməməsi özünə aiddir. Lakin Uca Allah bağışlayan və əfv edən olduğuna görə haqsızlığa məruz qalıb bağışlayan qulunun izzətini artırır. Uca Allah buyurur: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (əl-Əraf, 199).
Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) de­miş­dir: "Sədəqə vermək malı əskiltməz. Bağışlayan oldu­ğuna görə Allah qulunun izzə­ti­ni artırar. Bir kimsə Allah üçün təvazökar olarsa, Allah onu ucaldar". (Səhih Muslim, 2588).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) halallıq almağın səbəbini izah edərək belə demişdir: "Bir kəsin ləyaqətinə toxunmaq və ya ona başqa bir pislik etməklə zülm etmiş adam, dinar və dirhəmin (fayda verməyəcəyi Qiyamət günü) gəlməmişdən əvvəl bu gün həmin adamdan halallıq diləsin. Əgər (Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm qədər savabından götürülər (və zülm etdiyi adama verilər); yox əgər savabı ol­maz­sa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyu­lar". (Səhih əl-Buxari, 2449). Həmçinin oxuyun:
Qul haqqı barədə
Halallıq nə zaman alınır?
Halallıq istəyəndə gülən insandan halallıq alınırmı?

 
Teqlər: 
Paylaş: