Halallıq istəyəndə gülən insandan halallıq alınırmı?
Va aleykum Salam.
1. Halallıq haqqına girdiyiniz adamlardan alınır. Əgər halallıq alarkən qarşı tərəf gülürsə, ola bilsin ki, həmin adam məsələnin mahiyyətindən və ciddiliyindən xəbərsizdir. Belə olan halda ona halallığın nə olduğunu, dindəki məqamını və niyə alındığını izah edin. Həmçinin, əgər qarşı tərəf haqlı olduğu halda halallıq vermirsə, bu onun haqqıdır. Halallıq vermək, bağışlamaq insan üçün daha xeyirlidir. Uca Allah buyurur: "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir". (əş-Şura, 40).
Həmçinin, əgər halallıq istədiyiniz məsələni bildirdikdə həmin insanın qəlbində sizə qarşı kin-küdurət yaranmasından ehtiyat edirsinizsə, ümumi halallıq ala bilərsiniz. Halallıq ala bilmədikdə isə onun üçün Allahdan bağışlanma diləyin. Daha ətraflı:
Halallıq nə zaman alınır?
Haqqı halal etməmək nə deməkdir?
Bu günə qədər haqqına girdiyim insanların hamısından halallıq almaq istəyirəm...
2. Haram buyurulan əməlləri xəyala gətirib arzulamaq günahdır. Həmçinin oxuyun:
Naməhrəmə baxmaqdan, söhbətdən, xəyallardan və digər şeylərdən çəkinmək
Evlənmək istəyən cütlüyün nigahı yubanırsa, necə əlaqə saxlamalıdırlar?
Uzun-uzadı ümidlərə qapılmaq olarmı?
3. Valideynlərə itaət etmək vacib olsa da, Allaha asilikdə məxluqa tabeçilik yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Günaha, Allaha asiliyə arapan işlərdə məxluqa itaət edilməz. İtaət yalnız doğru, haqq olan məsələlərdədir". (əl-Buxari, 6830).
Siz namazı vaxtında qılaraq Allahı razı salmağa çalışın. Buna görə ananızın sizdən küsməsi namazın qəbul olmasına mane olmur. Əməlləri qəbul edən Uca Allahdır. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da ondan razı olar və insanları da ondan razı edər. (Basqa rəvayətdə: Onu insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı salmağa çalışarsa, Allah da ona qəzəblənər və insanları da onun üstünə qəzəbli olaraq salar. (Basqa rəvayətdə: Onun işini insanlara həvalə edər)". ("Səhih əl-Cami", 5886, 6097). Həmçinin oxuyun:
Valideynlərim zövcəmi haram toy məclisinə aparmaq istədikdə nə edim?
Namaz qılmaq üçün valideyndən icazə almaq vacibdirmi?
Bir insanı günahdan necə çəkindirmək olar?
Müsəlman toyu necə olmalıdır?
4. Valideynlərinizə gözəl şəkildə hicabın vacib olduğunu və Allahın onu əmr etdiyini başa salmağa çalışın. Həmçinin oxuyun:
Valideynlərim hicab bağlamağıma icazə vermir. Mən nə edə bilərəm?
İslama dəvət necə olmalıdır?
Hicab - azadlıqdır!