Namazın sonunda salamlarda üzünü sağa və sola döndərmək doğrudur?
Sual:
Selamu aleykum.Namazda salam vereken saga sola donmek ne derecede dogrudur? Deyirlerki,saga sola donmek olmaz.cunki dondukde qibleden basqa terefe donursen.zehmet olmasa bu sualima aydinliq getirin."ALLAH"mekaninizi axiret evinizi cennet eylesin.AMİN!
Cavab:
Aleykum salam. Allah sizdən də razı olsun, sizə dünyada və axirətdə xoşbəxt həyat nəsib etsin. Səhih hədislərdə deyilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üzünü sağa tutub salam verərək belə deyərdi: "əs-Sələəmu aleykum va rahmətullaah - Sizə Allahın salamı və rəhməti olsun! Bu vaxt sağ yanağının ağartısı görünərdi. Sonra da sol tərəfə üzünü tutub bunu deyərdi. Bu vaxt sol yanağının ağartısı görünərdi". (Muslim, Əbu Dəvud, Nəsəi, Tirmizi).
Digər rəvayətlərdə isə: "Bəzən bu salama "va bərakəətuhu - və Onun, xeyir-bərəkəti" sözünü də artırardı - deyə buyurulmuşdur". (Əbu Dəvud, İbn Xuzeymə, Nəvəvi, İbn Həcər və başqaları). Daha ətraflı: Namazın qılınma qaydası - VİDEO