Hansısa bir məqsəd üçün peyğəmbərə salavat göndərmək olarmı?
Sual:
Salam.Hansısa bir meqsed üçün Bir işin yaxşı getmesi üçün,meselen dinimizin qorunub saxlanması,islam düşmenlerinin meğlub olmasından ötrü,hemçinin imam Zaman ağanın zühurunun tezleşmesi üçün Hz.Zehra ve ya peyğemberimizin ruhuna salavat göndermek ne derecede doğrudur?
Cavab:
Aleykum salam. Arzunun həyata keçməsi üçün Uca Allaha dua etmək lazımdır, bunun üçün Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat gətirmək isə dinimizdə bildirilməyib. Amma duanın ədəblərindəndir ki, əvvəlcə Allaha şükr və təriflər etmək, sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) və onun ailəsinə salavat gətirmək, sonra öz istəklərini deyəsiniz. Daha ətraflı:
Peyğəmbərə salavat gətirməyin fəziləti
Arzunun həyata keçməsi üçün imamlara salavat göndərmək olarmı?