6-cı sinifdə oxuyan uşaq içki və siqareti necə tərgidə bilər?

    02.02.2015
Kimdən: 
orxan
Sual: 
Men hele 6 sinifde oxuyuram. Amma men hem araq, hem piyve hem de siqaret cekirem. Bunu mene emim oyredib. Men bunlari nece terkide bilerem? Ve indiye kimi elediklerim gunahdir?
Cavab: 

Aleykum salam. Etdiyiniz şeylər böyük günahlardandır, buna görə tövbə etməlisiniz: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Məidə, 90).
Sizin artıq namaz qılmalı olduğunuz yaşınızdır, inşallah namaza başlayın: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45).
Sizə günah olan şeyləri təklif etdikdə imtina edin və tabe olmayın. Həmçinin oxuyun:
Günahdan necə əl çəkim?
Namazın qılınma qaydası - VİDEO

Teqlər: 
Paylaş: