Namazı iki dəfə tərk edib qılmaq günahdır?
Aleykum salam. Ümumən kimdə bu aşağıdakı şərtlər cəm olarsa tövbə etmiş sayılır.
1.Etdiyin günahı Allahın qarşısında səmimi etiraf etmək.
2.Həmin əməldən dərin peşmançılıq çəkmək.
3.Bir daha həmin əmələ qayıtmamağa qəti qərar vermək.
Həmçinin nəzərinizə çatdırım ki, əlbəttə Allah qullarına qarşı Mərhəmətli, Rəhmli və bağışlayandır. Təbii ki, əgər bəndə də öz növbəsində tövbənin şərtlərinə əməl edib, Rəbbi qarşısında verdiyi sözü tutarsa, inşallah Allah o bəndəni bağışlayar.
Həmçinin, tövbə etdikdən sonra namaza məsuliyyətlə yanaşmalısınız. Keçmişdə buraxdığınız səhvləri yenidən təkrar etməmək üçün din barəsində elminizi artırmaq, namazı məsciddə qılmağa çalışmaq kimi namaza və ümumiyyətlə imana müsbət təsir göstərən bütün vasitələrdən istifadə edin. Allah bütün müsəlmanları dində sabit etsin. Uca Allah buyurur:
"O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali İmran, 135).
"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (ən Nisa, 17).