Namazda əlləri bağlamaq nə dərəcədə doğrudur?
Sual:
Selam aleykum.namazda elleri baglamaq ne derecede duzgundur? bildiyime gore elleri baglamaq duzgun deyildir: 1.zerdustler ibadet ederken ellerini baglayiblar(bele namaz qilanlari buna benzetmirem.pis basa dusmeyin)2.hemcininde kecmisde butlerin hamisi eli bagli olublar.3.elleri baglamaq barede hedisler zeifdir.butun bu delillerle bu barede ne deye bilersiz?bu meseleye aydinliq getirmenizi xahis edirem.
Cavab:
Aleykum salam. Müsəlman əqidəsinin əsasını Allahın və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) əmrlərinə itaət təşkil edir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Mən necə namaz qılıramsa. siz də elə namaz qılın!" (Səhih əl-Buxari). Kafirlərin necə ibadət etməsi və ya bütlərin formalarının müsəlman əqidəsinə təsiri yoxdur. Həmçinin Peyğəmbərin (salləllahu aleyhi və səlləm) namaz qılma şəkli haqqında səhih hədislərdə kifayət qədər məlumat verilmişdir. Daha ətraflı: Namazda əlləri necə tutmaq lazımdır?