Başa məsh çəkəndə başın dərisi islanmalıdırmı?

    28.02.2015
Sual: 
Salam Aleykum. Mən neçə müddətdir sınayıram, bir az bədənim çirklənən kimi yuxuda cünub oluram. Bu mənə belə gəlir yoxsa həqiqətən bundandır? Bir də ki, dəstəmazda başıma məsh çəkməkdən saçlarım ayrıq yerindən keçəlləşib. Buna görə də məsh çəkəndə əlimi başıma bərk sürtmürəm, yavaş çəkirəm. Amma sonra güzgüdə baxıram ki, başımın dərisinə və saçlarımın dibinə su dəyməyib. Belə olan halda dəstəmaz səhvdirmi?
Cavab: 

Aleykum salam. Yuxuda cünub olmamaq üçün oyaq vaxtı harama baxmamaq, yatmazdan qabaq isə zikrləri etmək lazımdır. Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?
Başa məsh çəkərkən isə suyun dəriyə çatması vacib deyil, suyun başın tüklərinə dəyməsi kifayətdir.

Teqlər: 
Paylaş: