Namazda hərf səhvi etmək namazı pozurmu və digər suallar
Sual:
Salam 1.namazda sözlərində herif səhvləri etmək bilmədən namazı pozurmu meselen Esselâmü aleynâ ve alâ a yerinə (ə) demək ibâdillâhis (ibad(u)llahis demək )Sâlihîn. bu cür səfvlər cox edirəm
2.fatiha surəsi dedikden sonra amin deməyi unutmaq namazı pozarmı
3. namazın sonunda dua etdiyimizdə fatiha surəsi İhlas Felak Nas Suresi Ayetel Kürsi hamsının əvvəlində bismillahi rahmanir rahim deyilməlidirmi.
4.namazda nansı sozlər səsli və səssiz deyilməlidir.
5. cümə günü namazı her gün qıldığımız namazlardan ferqlidirmi.
Cavab:
Aleykum salam.
- Çalışmaq lazımdır ki, namazda fikri toplayıb diqqətli olasınız, çünki dediyiniz səhvlər sözlərin mənasını dəyişə bilər. Ancaq bilmədən yaxud unutqanlıqdan dolayı olursa, bu kimi hallar üzürlü sayılır: "...Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma...". (əl-Bəqərə, 286). Həmçinin oxuyun: Namaz qılarkən fikrin qarışmaması üçün nə edim?
- Amin deməyi unutmaq da namazı batil etmir. Daha ətraflı: Namazı batil edən hallar
- əl-İxlas, əl-Fələq, ən-Nas surələrini əvvəldən başlayaraq oxuduğunuz üçün "bismilləhir-rah'mənir-rahim - Rəhman və Rəhim olan Allahın adı ilə!" deməlisiniz, çünki bütün surələr bu sözlə başlayır. Ayətul-Kursidə isə "əuzu billəhi minəş-şeytanir-racim - lənətlənmiş şeytandan Allaha sığınıram" demək lazımdır.
- Tək namaz qılırsınızsa, zöhr və əsr namazları, həmçinin sünnət və nafilə (əlavə, vacib olmayan) namazlar əvvəldən axıra qədər səssiz qılınır. Sübh, məğrib və işa namazlarında bütün təkbirlər ("Allahu Əkbər"), "səmi Allahu limən həmidəh", namazın sonundakı salamlar səsli deyilir. Fatihə surəsi 1-ci və 2-ci rükətlərdə səsli, qalanlarında səssiz oxunur. Həmçinin 1-ci və 2-ci rükətlərdə fatihədən sonra oxunan surələr səsli oxunur.
- Həmçinin oxuyun: Cümə namazı neçə rükətdir və nə vaxt qılınır?