Peyğəmbərimizin dövründə indiki xalçalardan olmayıb, onların üzərində namaz qılmaq olar?
Sual:
Salam aleykum. mən bir nəfərə deyəndəki Peyğəmbərimizin zamanında təsbeh olmayıb barmaqları ilə zikr edib mənə dedi ki, Peyğəmbərimizin zamanında indiki xalçalardan da olmayıb onda onun da üzərində namaz qılmayaq?? Mən cavab verə bilmədim. Xaiş edirəm əgər siz cavabın bilirsizsə yazın.
Cavab:
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hamam (ayaqyolu) və qəbirstanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır". (İbn Məcəh, 745).
Həmçinin buyurmuşdur: "Allah bütün yer üzünü mənim üçün səcdəgah və pak yaratmışdır". (əl-Buxari).
Həmçinin oxuyun: Bidət nədir və elm, texnikanın inkişafı bidət sayılırmı?