"Kim cümə günü əl-Kəhf surəsini oxuyarsa, növbəti cümə gününə qədər ona nur saçar" hədisi səhihdirmi?

    07.03.2015
Sual: 
Salam Aleykum .Bu hedis sehihdirmi??? Kim el Kehv suresini oxuyarsa gelen cumayadek on a nur sacar...neden sohbet gedir bu surede?? Ne demekdir bu ?? Allah razi olsun
Cavab: 

Aleykum salam. Bəli, bu hədis səhihdir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Kim cümə günü əl-Kəhf surəsini oxuyarsa, bu, növbəti cüməyə qədər onun üçün nur saçar". (Nəsəi, Hakim, 2/368, Beyhəqi, 3/249).
Əbu Darda (radıyallahu anhu) peyğəmbərin (sallallahu aleyhi vəsəlləm) belə dediyini rəvayət edir: "Kim "əl-Kəhf" surəsinin əvvəlindən on ayə əzbərləyərsə, Dəccalın fitnəsindən qorunar". Başqa rəvayətdə isə belə dedyilir: "əl-Kəhf" surəsinin axırından". (Muslim).
Həmçinin oxuyun: Əl-Kəhf surəsinin mənaca tərcüməsi

Teqlər: 
Paylaş: