İşlə əlaqədar bəzi namazları qılmamaq olarmı?
Sual:
Salam. Sizə bir neçə sualım var
1.dəstəmaz alarkən əli sabunla yumaq olar?
2.namaz qılmağa təzə qərar vermişəm amma işlədiyimə görə yalnız sübh və şam namazlarını qıla bilirem.diger namazları necə qılım?
3.birdən namaz qılanda qaşınma tutsa, tutalım ki, üzümüz qaşınsa onu qaşımaq namazı pozar mı?
Əvvəlcədən təşəkkür.
Cavab:
Aleykum salam.
- Bəli, dəstəmaz alarkən əlləri sabunla yumaq olar.
- Allaha həmd olsun ki, namaza başlamısınız. Namazları heç bir halda buraxmaq olmaz, bu, işdən və digər şeylərdən də vacibdir. Allaha dua edin və çalışın ki, namaz qılmağa şərait tapasınız. Zərurət yarandıqda namazları birləşdirib qılmaq olar. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır". (əl-Munəfiqun 9); "O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir". (ən-Nur, 37-38). Daha ətraflı: Tələbə olduğum üçün namazları birləşdirə bilərəmmi?
- Qaşınmaq namazı batil etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar, Namazda bəyənilməyən əməllər hansılardır?