Yaxşı işlər görmək məqsədilə mahnı oxuyaraq pul qazanmaq olarmı?

    14.03.2015
Sual: 
Salam.Musiqi haramdir ewitmiwem..bes musiqi oxuyub yaxwi iwler gorursense ancaq niyyetin budur pis verdiwlerden uzaq olub insanlara yaxwiliq etmek sedeqe vermekdirse meqsedin.Yenede haramdir musiqi oxumaq????Birdeki bir insan var meslehet verende o insan deyirki toxun acdan ne xeberi hec kim menim yerimde ola bilmez Dini sohbet edende meselen deyir o mene dini bawa salan adam menen yaxwi yawayir ona gore ele rah at daniwir. gelib bir gun menim yerimde olsun hence demirem ..Haram qazanmaqdan el cekmir??? BeLe insanlara bawqa neCe. dogru yola getirmek OlAr..????Meslehet verin xahiw edirem???
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İki səs vardır ki, bunlar dünyada və Axirətdə lənətlənmişdir: şənlik məclisində çalınan musiqi və bir də yasdakı vay-şivən səsi". (əl-Bəzzar, 7513). Uca Allah haram şeylərdən qazanc əldə etməyi qadağan etmişdir, hətta haram qazancdan sədəqə vermək də qadağandır. Halal ruzi qazanmaq yolları saysız-hesabsızdır, haramlar isə azdır. Bununla belə şeytan insanlara bu yolları cəlbedici göstərir. Haram işlə məşğul olan Allahdan qorxaraq tövbə etməli və başqa iş seçməlidir. Uca Allah buyrur: "...Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha layiqincə təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur". (ət-Talaq, 2-3). Həmçinin haram şeylərlə məşğul olub pis vərdişlərdən uzaqlaşmaq mümkün deyil. Bunun sübutu kimi müasir dövrümüzdəki musiqiçilərə baxa bilərsiniz, onların əksəriyyəti böyük günahlar edirlər. Pis vərdişlərdən uzaqlaşmaq və nəfsi tərbiyə etmək üçün Allahın vacib buyurduğu əmrləri yerinə yetirmək, Ona yaxınlaşmağa çalışmaq lazımdır. Bu zaman Allah Onu haramdan qoruyur. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Həmçinin oxuyun:
Evdə oturub iş yoxdur deyənlərə nə məsləhət vermək olar?
Günahdan əl çəkə bilmək üçün nə etmək lazımdır?
Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək

Teqlər: 
Paylaş: