"aleykumu-s-sələəm" sözünün düzgün deyilişi necədir?
Sual:
- Əs Saləmu Aleykum va Rahmətullah. Salam alarkən "Aleykumus-Saləm" deyilir yoxsa, " Aleykum Əs Saləm". ALLAH Razı Olsun! Cəzəkk ALLAHU xayran. İn şə ALLAH, sualı tez cavablandırarsınız.
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Əvvəlcə qeyd edək ki, sözün əsl deyilişi "saləm" yox, "sələəm" kimidir.
"saləm" (صلم) sözünün mənası "kəsmək", "qoparmaq", "zədələmək" və s. deməkdir.
"sələəm" (سلام) sözünün mənası isə "sülh", "əmin-amanlıq və "salamatlıq" və s. deməkdir.
Salamlaşma zamanı salamı alarkən isə "aleykumu-s-sələəm" deyilir.
Daha ətraflı:
"Sələmun aleykum" və "Salam" sözünün izahı barədə
Sizə salam olsun!