Cümə namazı zamanı qazanılan pul haramdırmı?
Sual:
Salam.belə bir cümlə vardır ki,cümə namazı vaxtı qazanılan pul haramdır.Bu,doğrudur?
Cavab:
Aleykum salam. Bəli, cümə namazı vaxtı (azan veriləndən namaz qurtarana qədər) qazanılan pul haramdır. Bu yalnız cümə namazına gəlməsi vacib olmayan insanlara (qadınlar, uşaqlar) aid deyil. Uca Allah buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız". (əl-Cumuə, 9-10).