Nə qədər namaz qılsam da, dinə məhəbbətim artmır...

    28.03.2015
Sual: 
men ne qeder namaz qilsamda quran oxusamda yene allaha mehebbetim yoxdu evvel namaz qildim sora atdim indi yene namaz qiliram uc gun kecir heves olur qilmaq isdemirem mennen asli deyil
Cavab: 

Aleykum salam. "Allaha məhəbbətim yoxdur" sözünü deməkdən çəkinmək və buna görə tövbə etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Mən qulumun ba­rəm­də­ki zənni yanındayam. Məni yad et­dikcə onun­la­yam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O Məni ca­maatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O Mə­nə bir qarış yaxınlaşsa, Mən ona bir dir­sək yaxınlaşaram. O Mənə bir dirsək yaxın­laşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm" (əl-Buxari, 8/171; Muslim, 4/2061).
Əgər siz Allah haqqında pis zənndə olsanız, kimə sığınacaqsınız, kim sizi qoruya bilər?
Həmçinin bilməlisiniz ki, Allahın bizim namazımıza ehtiyacı yoxdur, biz isə hər an Allaha möhtacıq. Qiyamət günündə isə insandan ilk soruşulan əməl namaz olacaq. Həmçinin oxuyun:
İmanı artırmaq üçün səbəblər
Namazda fikrin qarışmaması üçün nə etmək lazımdır?
Namaz qılmayan Cənnətə girə bilərmi?

Paylaş: