Pak torpaq nədir?
Lisanul Ərəb[1] adlı kitabda deyilir ki, ərbcə “əs-Said” sözü, yer üzü, pak yer və ya pak torpaq mənasını verir. Qurani Kərimdə deyilir: «...pak torpaqla təyəmmüm edin...». Əbu İshaq deyir: “Pak torpaq (ərəb. əs-Said) sözü, yer üzü mənasını verir. Buna görə də insan əllərini yerə vurub, orada torpağın olub-olmamasından asılı olmayaraq, təyəmmüm edə bilər. Çüni ərəbcədə əs-Said sözü təkcə torpaq mənasını vermir. Onun mənası yer üzü deməkdir. Burada torpaq və ya qeyrisi, fərq etməz. Əgər hansısa bir yer torpaq deyil, təmamilə daşdan ibarət olsa və təyəmmüm etmək istəyən kimsə əllərini həmin daşa vurub təyəmmüm etsə, etdiyi əməl doğru sayılar”.
[1] 3/ 254.