Qiyam halında namaz qılmaq necə olur?

    06.04.2015
Sual: 
Qardas Qurani-Kerimde namazi qiyam halinda qilin buyrulub qiyam hali nece olur?
Cavab: 

Salam aleykum. Qiyam - ərəb mənşəli söz olub mənası insanın ayaqüstə olduğu hala deyilir. Quranda bildirilən qiyam halı da bu mənanı ifadə edir. Qiyam halı və namazın digər ayinləri isə daha təfsilatlı Quranda yox, hədislərdə bilidirilib. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) söyləmişdir: "Mən necə namaz qılıramsa, siz də elə namaz qılın". (Səhih əl-Buxari, 631). Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qılması isə səhih hədislərdə rəvayət olunmuşdur. Bu video həmin hədislər əsasında tərtib olunub: Namaz qılmaq qaydası - VİDEO

Teqlər: 
Paylaş: