Məsciddə namaz qılarkən azan vermək lazımdırmı?
Sual:
As salamu aleykum va rahmatullahi va barakatuhu. (1) Məsciddə namaz qılarkəndə azan və iqamə oxumaq lazımdır ? (2) Şiə camaat namazı vaxtı camaatın arxasında namaz qılmaq olar yəni bu günah deyil ? Allah Subhanuhu va Təala sizdən razı olsun
Cavab:
Aleykum salam.
- Hər məscidin təyin olunmuş xüsusi müəzzini (azan verəni) və imamı vardır. Bu iş onlara həvalə olunur. Əgər məsciddə camaat namazına yetişməzsinizsə, bu zaman bir kənara çəkilib azan vermədən yalnız iqamə verərək namaz qılmanız kifayət edir. Həmçinin oxuyun: Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?
- Bu cavabı oxuyun: Fərqli məzhəbdə olan imamın arxasında namaz qılmaq olarmı?