Namaz, toya getmək, ad günü və s. haqqında

    11.04.2015
Kimdən: 
e
Sual: 
Salam aleykum necesiz?Menimde sizlere bir nece suallarim olacaq.1)Meselencun fatiheni oxuyuram sure ixlas ikinci fatihede kauser suresini oxuya bilerem yoxsa sureler dalbadal olmalidir bas ayaq oxumaq olar yeniki ortadan ya axirdan yoxsa siralama ile getmelidir??2) Bilirkki Peyqemberimiz s.a.s bizlere qohumlarla elaqeni six etmeyi meslehet edib musiqili olan yerleri bizlere haram buyurub amma indki vaxta qohum eqrebeler ad gunu ve toylar keciriler ve devet edirler getmeyendede inciyirler kusurler bele olan halda nece etmeliyiy.3)Ad gunu olan sexsi zeng edib tebrik etmey olar getmemey serti ile yoxsa yox?4)Bir mecidde xutbe zamani imam elindeki yazini elinde deyil ozucun taxtandan stoyka kimi duzeltdirib onun ustune qoyub ordan oxuyurdu men birinci defedirki bele bir seye sahid oldum bu bidetdir?cunki peyqember s.a.s bele etmeyib bu ne derecede duzdur? ALLAH elmivize bereket versin .
Cavab: 

Aleykum salam.

  1. Fatihədən sonra hansı surəni oxumağın fərqi yoxdur. Bu zaman sıranı gözləmək lazım deyil
  2. Qohumluq əlaqələrini qorumaq dedikdə qohumları ziyarət etmək, xəstələndikdə baş çəkmək və s. şeylər nəzərdə tutulur. Amma Allaha asilik edilən yerlərə sizi çağırsalar, getmək olmaz. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz" (İmam Əhməd). Daha ətraflı: Toya getmək olarmı?
  3. Ad gününə getmək və ya ad günü olanı zəng edib təbrik etmək olmaz, çünki bu bidətdir (dində yenilik). Daha ətraflı:Ad günü qeyd etmək olarmı? 
  4. Xeyr, bu əmələ bidət demək olmaz. Əzbərdən və ya kağızı əlində tutaraq danışmaq daha yaxşı olardı.
Teqlər: 
Paylaş: