Peyğəmbərimizin ayaqları şişənədək namaz qılması özünə zülm etmək sayılırmı?

    17.04.2015
Sual: 
Salam. Sualım belədir:deyirler ki, insanın özünə zülm etməsi islam dininə görə yaxşı iş deyil. Məsələn aşura günündə insanların zincir vurmasına islam dininde pis baxılır.Bəs peyğəmbərimiz ayaqları şişənəcən namaz qılması insanın özünə zülm etməsi kimi sayılmır. Bəlkə neyisə düzgün başa düşməmişəm xahiş edirəm səhvimi bildiresiz.
Cavab: 

Aleykum salam. İnsanın özünə zülm etməsi dinimizdə yolverilməzdir və Məhərrəm ayında aşura günü bəzi insanlarnı özlərini zəncir ilə döyməsi də bidət (dində yenilik) əməllərdəndir. Ancaq peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bəzi hallarda ayaqları şişənədək namaz qılması heç də özünə zülm etmək yox, Allaha olan şükrünün əlaməti idi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) insanlar arasında Rəbbinə ən çox şükr edəndir. Doyunca yemək yeməmiş ac qaldıqda qarnına daş bağlamışdı. Keçmiş və gələcək günahları bağışlandığı halda ayaqları şişənə, dabanları çatlayana qədər gecə namazı qılar və onun bu halını görənlər ondan bunun səbəbini soruşduqda o da cavabında onlara belə buyurardı: "Məgər Rəbbimə şükr edən qullardan olmayımmı?" (əl-Buxari, Muslim).
Rəbi ibn Ənəs rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaz qılan zaman bəzən (ayağının ağrımaması üçün) bir ayağının üzərində durar, digərini isə qaldırardı. Buna görə Uca Allah bu ayəni nazil etdi: "Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən". (Ta Hə, 2).

Doğurdan da, Uca Allahın qulları arasında Onun nemətlərinə şükr edənlər olduqca azdır. Allah Təala buyurur: "...Qullarımdan şükür edəni azdır". (Səba, 13).
Həsən ibn Əli (radıyəllahu anhumə) belə deyir: "Allah dilədiyinə nemət verir. Əgər o nemət səbəbiylə şükr etməzsə onu əzaba çevirir".
Əbu Kuləbə (radıyəllahu anhu) isə belə deyir: "Şükr etsəniz heç bir dünyalıq sizə zərər verməz".
Uca Allah nemətlərinə qarşı şükr etməyən qullarını pisləmişdir: "Həqiqətən insan öz Rəbbinə qarşı çox nankordur". (əl-Adiyət, 6).

Paylaş: