Günahlar nəticəsində namaz qəbul olunmaya bilərmi?
Aleykum salam. Şəriətdə bəzi hallar istisna olmaqla günah edənin namazının qəbul olunmayacağı bildirilməyib. Bu, günah edən insana şeytanın vəsvəsəsidir ki, onsuz da namazının qəbul olunmadığını zənn edərək namazı tərk etsin. Əksinə, günah etdikdə daha çox ibadət etmək, tövbə etmək və Allahdan bağışlanma diləmək lazımdır.
Uca Allah buyurur: "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər". (ən-Nisa, 110).
"Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Harada olursan ol, Allahdan qorx. Bir pis iş (günah) etdikdə ardınca yaxşı əməl et ki, onu silib aparsın və insanlarla ən gözəl əxlaqla davran!" (İmam Əhməd və ət-Tirmizi). Həmçinin oxuyun:
Günahdan əl çəkməyin yolları
Günahların insana nə kimi zərərləri var?