Aşağıdakı duaların mənasını yaza bilərsinizmi?

    17.04.2015
Kimdən: 
muselmanka91
Sual: 
Salamaleykum. Allah sizdən çox razı olsunki,belə sayt açıb camaatin sualları cavablandıraraq dini bilikləri artırırsınız. Allah sizə daima sabr və həvəs versin,həm öyrənməyə həm öyrətməyə.AMİN. Sualım isə: bu duaların mənalarını tapa bilmirəm,yazardınız mənaları. "Rəbbiğfirli", "Birrahmətika ya ərhamər rahimin", "Allahummə əntəs salam va minkəs salam təbarəktə ya zəl cəlali vəl ikram". Allah razi olsun. Assalamu aleykum.
Cavab: 

Aleykum salam. Allah sizdən də razı olsun. Bu və digər duaların mənalarını Müsəlmanın qalası (dua və zikrlər) kitabçası - dan öyrənə bilərsiniz.

  • "Rabbi-ğ-firlii" - "Rəbbim məni bağışla". Həmçinin oxuyun: İki səcdə arasında oturduqda edilən dua 
  • "Rabbənə əətinəə fi-d-Dunyəə həsənətən va fi-l-Əəxirati həsənətən va qinəə azəəəbə-n-Nəər" -- “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” (əl-Bəqərə, 201). 
  • "Birahmətikə yəə ərhamər-Raahimiin" -- "Mərhəmətinlə, ey Mərhəmətlilərin Mərhəmətlisi"
  • "Allahummə ən­tə-s-Sələmu va minkəs-Sələmu təbəraktə yə zəl-Cələəli vəl-İkraam" -- "Allahım! Salam Sənsən və əmin-aman­lıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan". (Muslim, 1/414). Həmçinin oxuyun: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Teqlər: 
Paylaş: