İsti su ilə dəstəmaz almaq olarmı və digər suallar
Sual:
salam aleykum.ıstı su ıle destemaz almaq olarmı?2.her destemazda ayaq yuyulmalıdırmı?3.corabı cıxardıqda destemaz pozulurmu?4.gece yatarke corabla yatıb seher ayaga mesh cekmek olarmı?5.destemaz aldıqda sehven sıralanamı pozduqda yenıden destemaz alınmalıdırmı?6.namehreme baxmaq ve agızdan sehven cıxan pıs soz destemazı pozurmu?sualları cavablandırdıgınız ucun tewekkurler.Allah razı olsun
Cavab:
Aleykum salam.
- Bəli, isti su ilə dəstəmaz almaq olar.
- Ayaqları yumaq da olar, məsh çəkmək də icazəlidir. Həmçinin oxuyun: Hər dəstəmaz vaxtı ayaqların yuyulması mütləqdirmi?
- Əgər dəstəmazlı halda çıxarıb sonra da dəstəmazlı halda geyinərsinizsə, dəstəmaz, yaxud məsh pozulmur.
- Dəstəmaz alıb corabı ayağınıza geyindikdən sonra yatsanız, səhər dəstəmaz almağa durarkən həmin corabların üzərindən məsh çəkmək icazəlidir. Məshin müddəti 1 sutka, səfərdə isə 3 sutkadır
- Dəstəmazın şərtlərindən biri də əzaları yuyarkən tərtibat, sıralamadır. Əgər dəstəmaz əsnasında, yaxud dəstəmazdan az sonra yadınıza düşərsə, yenidən dəstəmaz almalısınız. Əgər bilmədən etmisiniz və xatırlamamısınızsa, bu hal üzürlüdür.
- Bu hallar dəstəmazı pozmur: Dəstəmazı və namazı batil edən hallar