Cümə qüslu haqqında
Sual:
salam aleykum.1-cume gunu seher qusl alınmalıdırmı?2-cume quslu almaq vacıbdırmı?3-seferde olarken cume quslu almasam olarmı?4-kebeye gedıb gelene nıye hacı deyırler?5-mısvak haqqında yazardız zehmet olmasa
Cavab:
Və aleykum Salam.
- Bu cavabı oxuyun: Cümə qüslu nə vaxt alınmalıdır? Səfərdə olarkən cümə namazını qılmaq vacib deyil. Səfərdə olarkən qüsl alıb cümə namazına getmək müstəhəb (bəyənilən) əməllərdəndir.
- Həcc ziyarətini yerinə yetirən insana hacı deyilir. Amma adamın adının qarşısında hacı ləqəbinin deyilməsi (Hacı Filankəs) bidətdir (dində yenilik) və qadağandır. Həmçinin oxuyun: Kəbənin ətrafına niyə fırlanırlar?
- Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) misvakdan istifadə edib və bunu ümmətinə də tövsiyə edib. "Əgər çətin olmasaydı, hər namazda misvakdan istifadə etməyi əmr edərdim". (İmam Əhməd, 9589). Başqa bir hədisdə: "Misvak ağzın təmizliyi və Rəbbin razılığıdır". (ən-Nəsəi, 5).