Məzi ifraz olunan paltarda namaz qılmaq olarmı?
Və aleykum Salam. Məzi -- şəhvət hissi başlayarkən mənidən (spermadan) əvvəl ifraz olunan, yapışqan duru maddədir. Səhl ibn Huneyf (Allah ondan razı olsun) demişdir: "Mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Bu haqda Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) xəbər verdikdə o dedi: "Buna görə təkcə dəstəmaz almağın kifayətdir". Mən dedim: Ey Allahın Elçisi, bəs paltarıma dəyənini necə edim?" O dedi: "Bir ovuc su alıb batan yerin üzərinə tökməyin kifayətdir". (İbn Məcəh, 409; Əbu Davud, 1/358/207; ət-Tirmizi, 1/76/115).
Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: "Məni, məzi və vadinin hökmü belədir: Məni (sperma) ifraz olunduqda qüsl alınır. Məzi və vadi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı al". (Əbu Davud, 190).
Məzi ifraz olunduğu üçün namazı gecikdirmək olmaz, dəstəmaz alıb namazları vaxtında qılmaq lazımdır. Həmçinin, sperma ixrac olduğu zaman da , qüsl almağa imkan olmasa, torpaqla, divarla və ya tozla təyəmmüm edib namazları qılmaq lazımdır. Həmçinin, əgər namazın vaxtı çıxmamış rahat bir yerə çatsanız, orada qüsl alıb həmin namazı yenidən qılmaq lazımdır. Əvvəl qıldığınız isə sizin üçün nafilə (əlavə) hesab olunacaq.