Bəziləri deyir ki, məsciddə namaz qılmaq olmaz...
Aleykum salam. Bəzi təkfir fitnəsinə düşmüş şəxslər əksər məscidlərin əsl məscid hökmündə olmadığını iddia edirlər və bununla da müsəlmanları oraya getməkdən, beləliklə də camaatdan uzaqlaşdırırlar. Ona görə də, bu cür insanlardan uzaq olmaq və onlara qulaq asmamaq lazımdır. Əslində məscid imamı hətta bidət əməllər etsə belə, başqa imam olmadığı halda onun arxasında namaz qılmaq olar. Səhabələr (Allah onlardan razı olsun) asilik etdiyini bildikləri imamların arxasında namaz qılırdılar. Belə ki, Abdullah ibn Məsud və digər səhabələr (Allah onlardan razı olsun) içki içən, bəzən bilərək sübh namazını dörd rükət qıldıran, Osman tərəfindən qamçılanan əl-Valid ibn Uqbə ibn Əbu Mueytin arxasında namaz qılırdılar. Həmçinin Abdullah ibn Ömər və başqa səhabələr Həccac ibn Yusifin, Səhabə və Tabiinlər şəriətdə əsaslı bir məsələni inkar (ilhad) etməkdə ittiham olunan və zəlalətə dəvət edən İbn Əbu Ubeydin arxasında namaz qılardılar.
Camaatı məsciddən uzaqlaşdırmağa çalışmaq isə böyük günahdır. Uca Allah buyurur: "Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır". (əl-Bəqərə, 114).