Nurlu Mədinəni ziyarət etmək
Mədinə şəhərinin fəziləti:
Cabir ibn Səmurə (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Həqiqətən də, uca Allah Mədinəni Tabə (rahatlıq) adlandırmışdır»[2].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Mədinə şəhəri kürük kimidir. O pislikləri özündən təmizlər. Kürük dəmirin pasını təmizləyən kimi, Mədinə şəhəri də özündən şəri təmizləmədikcə qiyamət qopan deyildir»[3].