Mədinə məscidinin və orada namaz qılmağın fəziləti
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Üç məsciddən: Mənim bu məscidim, əl-Həram və əl-Əqsa məscidlərindən – başqa heç bir yerə dəvamiyyətli və məqsədyönlü ziyarət olunmaz»[1].
Digər hədisə Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Mənim bu məscidimdə qılınan namaz, əl-Həram məscidindən başqa, digər məscidlərdə qılınan min namazdan xeyirlidir»[2].
Abdullah ibn Zeyd (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Mənim evimlə minbərim arasında olan yer, cənnət bağçalarından biridir»[3].