Məscidi və iki şərəfli qəbiri ziyarət etməyin ədəb qaydaları

    15.04.2015

Məscidi Nəbəvi Şərif, əl-Həram və əl-Əqsa məscidlərinin üstünlüyü, bu üç məscidin Allah tərəfindən seçilməsi və orada qılınan namazların digər məscidlərdə qılınan namazlardan daha üstün edilməsidir. Oraya gələnlər savab qazanmaq və Peyğəmbərin (S.A.V.), “bu məscidlərə məqsədli şəkildə ziyarət edilməsi haqqında olan” – çağırışna cavab vermək məqsədi ilə gəlirlər.
Bu məscidlərə aid ədəb qaydaları, digər məscidlərə aid ədəb qaydalarından fərqlənmir. Sadəcə olaraq bəzi insanlar aldadıcı fikirlərə düşüb Peyğəmbərin (S.A.V.) məscidini ziyarət etmək üçün xüsusi ədəb qaydalarının olduğunu düşünə bilərlər. Əgər məsciddə Peyğəmbərin (S.A.V.) şərəfli qəbiri olmasaydı onda bu aldadıcı fikirlər də olmazdı.
Hər halda Mədinə şəhərinə gəlib Peyğəmbərin (S.A.V.) məscidini ziyarət etmək istəyən müsəlman öz işini bilsin deyə biz bu ədəb qaydalarını qeyd edirik:
1. Məscidə sağ ayaq ilə daxil olub bu duanı oxumaq:
«بِسم الله و الصَلاة و السَّلام على رسول الله. اللَّهُمَّ افتَح لِي أبْواَبَ رَحْمَتِكَ»
«Bismilləh Allahummə salli alə Muhamməd və səllim. Allahummə iftəh li əbvabə rəhmətikə».
«Allahın adı ilə. Allahım Məhəmmədə salavat və salam et. Allahım! Mənə rəhmətinin qapılarını».
أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ وَبِوَجْهِهِ الْكَرِيمِ وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
«Əuzu billəhil əzim, və bi vəchihil kərim, və sultanihil qədim, minəş şeytanir rəcim».
«Lənətlən­miş şeytandan Uca Allaha, Onun kəra­mətli üzünə və Əzəli hökmdar­lığına sığınıram»[1].
2. Oturmadan öncə iki rükət “təhiyyətul məscid“ (məscidə salam namazı) qılmaq.

3. Qəbiri şərifə tərəf dayanıb namaz qılmaq və ya dua etməkdən həzər etmək.

4. Sonra Peyğəmbərə (S.A.V.) salam vermək üçün qəbiri şərifə getmək. Bu zaman (təzim əlaməti olaraq) əlləri sinəyə qoymaq, başı aşağı salmaq, yalnız vahid Allah üçün edilən mütilik formasını almaq və ya Peyğəmbərdən (S.A.V.) kömək diləmək qadağandır. Sonra Peyğəmbərin (S.A.V.) Bəqi qəbiristanlığına daxil olarkən oxuduğu dua, eyni söz və ifadələrlə oxunur. Bu haqda Peyğəmbərdən (S.A.V.) bir neçə məzmunlu dua rəvayət olunur. Misal olaraq bu duanı demək olar:
«السَّلاَمُ عَلَى أهلَ الدِّيَارِ مِنَ المؤمِنينَ والمسلِمِينَ، وَيَرْحَمُ اللهُ المُسْتَقَدِمِينَ مِنَّا وَالمُسْتَأْخِرِينَ وإنَّا إنْ شَاءَ اللهُ بِكُم للاَحِقُون»
«Əs-sələmu alə əhlə-d-diyəri minə-l-mumininə va-l-muslimin va yərhamu-l-lahu-l-mustəqdiminə minnə va-l-mustəxirin va innə in şəa-l-lahu bikum lələhiqunə».
«Sizə salam olsun, ey möminlər və müsəlmanlar diya­rının əhli! Bizdən qabaq və sonra olanlara Allahın mərhəməti olsun. Allah qoysa, biz də sizə qoşulacağıq»[2].
Sonra Peyğəmbərin (S.A.V.) iki dostuna, Əbu Bəkr və Ömərə (A.R.O.) də eyni salamla salam verilir.

5. Məsccidə, yaxud qəbiri şərifin önündə səsi ucaltmaq ədəb-əxlaqdan deyil. Əksinə, uca səslə danışmamalıdır. Çünki Peyğəmbər (S.A.V.) sağ ikən ona edilən hörmət, öldükdən sonra da elə davam etməlidir[3].

6. Birinci səflərdə dayanıb camaatla namaz qılmaq. Çünki bu, çoxlu savab və fəzilət deməkdir.

7. Rovdada (ev ilə minbər arasında) namaz qılmaq həvəsi, insanı birinci səfdə dayanmaqdan yayındırmamalıdır. Çünki rovdada namaz qılmaq məscidin digər yerlərində namaz qılmaqdan heç nə ilə fərqlənmir.

8. İnsanların dilində məşhurlaşan hədisə əsasən, məsciddə ardıcıl qırx namaz qılmağa hərislik göstərmək sünnədən deyil. Demək həmin məşhur hədisdə deyilir: «Kim mənim məscidimdə qırx namaz qılar və bu günlər ərzində heç bir namazı buraxmazsa münafiqlikdən və cəhənnəmdən bəraət qazanar, oddan qurtular»[4]. Əslən bu hədis zəifdir, səhih deyil.

9. Peyğəmbərə (S.A.V.) salam vermək üçün tez-tez qəbiri şərifin kənarına gəlmək düzgün deyil. Çünki insanın harada olmasından asılı olmayaraq deyilən salam ona yetişir. Hətta ən uzaq ölkədə olub Peyğəmbərə (S.A.V.) salam verənlə, qəbiri şərifin kənarında dayanıb salam verənin savabı eynidir.

10. Məsciddən çıxarkən arxa-arxa deyil, sol ayaqla çıxmaq və bu sözləri demək lazımdır:
«بِسْمِ اللهِ ، وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ »
«Allahummə salli alə Muhamməd, Allahummə inni əsəlukə min fadlıkə»
«Alla­hm Məhəmmədə salavat et! Allahım! Sənin fəzilətini istəyirəm»[5].

 
[1] Səhihdir. əl-Kəlumu-t-Tayyib: № 65.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 4421. Əl-Cənaiz: səh. 183. Müslim: 2/ 669/ № 974. Nəsai: 4/ 91.
[3] Demək uca Allah Qurani Kərimdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüzurunda uca səslə danışmağı qadağan edərək buyurur: «Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar» (əl-Hucurat: 2). (tərc.)
[4] Bu hədisi şeyx Albani “əs-Silsilətud Daifə” kitabında (№ 364) qeyd etmiş və demişdir: Hədisi Əhməd (3/ 155) və Təbərani “əl-Mucəm əl-Əvsət” kitabında (2/ 125/ № 1) – rəvayət etmişlər.
[5] Səhihdir. əl-Kəlumu-t-Tayyib: № 65.