Quba məscidi

    15.04.2015

Mədinə şəhərinə gələn kimsənin Peyğəmbəri (S.A.V.) örnək tutub, Quba məscidində namaz qılması sünnədir. Çünki Peyğəmbər (S.A.V.) piyada və ya miniklə bu məscidi daim ziyarət edərdi. Həftənin şənbə günləri gəlib orada iki rükət namaz qılardı[1]. Həmçinin Peyğəmbər (S.A.V.) deyərdi: «Kim evində dəstəmaz alar, sonra Quba məscidinə gəlib orada iki rükət namaz qılarsa ümrə savabı qazanar»[2].

 
[1] Buxari: 3/ 69/ № 1193 - 1194. Müslim: 2/ 1016/ № 1399. Əbu Davud: 6/ 25/ № 2024. Nəsai: 2/ 37.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1160. İbn Macə: 1/ 453/ № 1412.