Etdiyim nəziri yerinə yetirə bilmirəm, nə edim?
Aleykum salam. İmkan ola-ola əhdi yerinə yetirməmək yaxşı hal deyil. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın". (əl-Buxari, 6696).
Uca Allah buyurur: "Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar". (əl-İnsn, 7).
"...Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 24).
"Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir". (ən-Nəhl, 91).
"Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin...". (əl-Midə, 1).
"Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır". (əs-Saff, 2-3).
Nəzir etdiyiniz əməli yerinə yetirə bilmədiyiniz halda andın kəffarəsi kimi kəffarə verməlisiniz. Lakin, sizin etdiyiniz nəzir dində yeniliyə gətirdiyinə görə icazəli deyil. Daha ətraflı: Andın kəffarəsi