Aylıq maaşdan lotareya oynamaq olarmı?
Sual:
Salam aleykum.Lotoreya haramdirmi?ve niye haram sayilir?meselen menim anam,nenem oynuyur,her ay verirler oz maashlarindan sonra oz verdiklerini novbesi gelende alirlar.Bu onlarin oz pullaridir axi.Diger lotoreyanin haram olduqunu bilirem chunki hech bir zehmeti yoxdur.Hemde men azyashliyam qorxuram ki,men de gunaha batim.Evvelceden teshekkurler.
Cavab:
Aleykum salam. İnsanlar arasında "lotareya" deyilən, bir neçə nəfər arasında hər ay birinin götürməsi şərtilə pulların yığılmasında heç bir qəbahət yoxdur. Haram olan isə uduşlu lotareya oyunlarıdır, çünki kiçik məbləğ qoymaqla böyük məbləğdə uduş əldə etmək qumar sayılır. Daha ətraflı: Lotareya oynamaq niyə günahdır?