Rus qadınla evlənə bilərəmmi?

    28.05.2015
Kimdən: 
Azer
Sual: 
Her vaxtiniz xeyirli olsun,men aileli olub boshanmisham,qizin valideynliri dagitdi ailemizi,cox calishdim berpa edim alinmadi.indi men rus qadnla unsiyyet qurmusham o erinden ayrilir,men onunla evlene bileremmi?
Cavab: 

Aleykum salam. Müsəlman kişi milliyətindən asılı olmayaraq, kitab əhlindən olan (xristian və yəhudi) namuslu və iffətli qadınlarla ailə qura bilər. Amma qadınla evlənmək üçün onun ailəsinin dağılmasına, əri ilə boşanmasına çalışmaq günahdır. Həmçinin naməhrəmlə ünsiyyətdə olmaq günahdır, evlənmək fikriniz varsa, elçi göndərib evlənməlisiniz. Daha ətraflı:
Müsəlman xristianla evlənə bilərmi? 
Nigah bağlamağın qaydaları

Teqlər: 
Paylaş: