Qəzəblənərkən kiməsə "cəhənnəm ol" demək olarmı?

    30.05.2015
Kimdən: 
zehra
Sual: 
salam aleykum.bir insana eseblewdikde cehennem ol demek olarmi?
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz ifadə bəd duanın, lənətin bir formasıdır. Müsəlman bəddua və lənət edən olmamalı, əksinə daima xeyir dua edən olmağa çalışmalıdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Davud, 4/327). Həmçinin oxuyun:
İslam dini lənəti bəyənirmi?
Müsəlmanı söymək barəsində hədislər
 

Teqlər: 
Paylaş: