Allahdan var-dövlət əvəzinə can sağlığı, yaxınlarının yanında olmasını istəmək olarmı?
Sual:
Salam Aleykum ve Rahmatullahi ve berekatahu.Bu cur dua etmek olarmi??Meselen All a him mene var dovlet evezine Menim ve ailemin can sagligini isteyirem omrumuzun uzun xeyirli bereketli olmagini sakit xowbext hey isteyirem Mal dovlet istemirem onun evezinde yaxinlarimin her za man yanimda olnagini isteyirem.......yoxsa gunahdirmi Bele dua etmek???Birde kecen sefer yazmiwdim SuAl ...ki Ammar bin Yasir haqda yeni Ammar yox Ancaq Yasir sehabenin heyatini bilmek isteyirem gorunuwu heyati nece biriydi??? CaVab yazin xahiw edirem . ..Allah razi olsun
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi bəzi dualar:
- Muaz ibn Rifai atasından rəvayət edir ki, Əbu Bəkr əs-Sıddıq (radıyəllahu anhum) minbər üzərində ayağa qalxaraq ağladı və: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir il bundan öncə bu minbər üzərində ayağa qalxaraq ağlamış və buyurmuşdu: "Allahdan əff (bağışlanma) və afiyət (salamatlıq, sağlamlıq) diləyin. Çünki heç kimsəyə (imanda) yəqinlikdən sonra afiyətdən (salamatlıq) daha xeyirli bir şey verilməmişdir". (ət-Tirmizi, 3558).
- Abbas ibn AbdulMuttalib (radıyəllahu anhu) rəvayət edərək belə deyir: "Bir gün mən: "Ey Allahın Elçisi! Mənə bir şey öyrət ki, onu Uca Allahdan istəyim"- dedim. Allah Elçisi belə buyurdu: "Allahdan salamatlıq dilə!". Bir neçə gün keçdikdən sonra yenə gəlib soruşdum: "Ey Allahın Elçisi! Mənə bir şey öyrət ki, onu Allahdan istəyim!?" Bundan sonra Allah Elçisi mənə belə dedi: "Ey Abbas! Ey Allah Elçisinin əmisi, de ki; Allahummə İnni Əs'əlukə - Afiyətə Fi-d-Dunyə Va-l-Əxirati - Allahım! Səndən həm bu dünyada, həm də axirətdə salamatlıq (sağlamlıq, can sağlığı) diləyirəm!" (ət-Tirmizi, 3514, 3856; İmam Əhməd, 1687).
- İbn Ömər (radıyəllahu anhumə) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahdan afiyətdən daha üstün və sevimli bir şey istənilməmişdir". (ət-Tirmizi, 3515).
- Qatadə deyir ki, Ənəsdən (radıyəllahu anhum) peyğəmbər ən çox hansı duanı edərdi?" deyə soruşduqda o peyğəmbərin (salləllahu aleyhi və səlləm) ən çox etdiyi dua mənə dedi: "Allahummə Rabbənə Atinə Fid-Dunyə Həsənətən Va Fil-Axirati Həsənətən Va Qinə Azəəbən-Nar – Allahım! Bizə düyada da axirətdə də yaxşılıq ver və bizi Cəhənnəm atəşidən qoru!". Ənəs qısa şəkildə dua edərkən bu sözlərlə dua edərdi, uzun dua etmək istədikdə bu duanı da dualar arasında oxuyardı. (Həsən (Allah ondan razı olsun) deyir ki: "Dünyada – Elm və İbadət, Axirətdə - Cənnət)". (Muslim, 7016, 2690; ət-Tirmizi, 3488; Əbu Davud, 1519, 1921).
- Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) bizim yanımıza, ailəmizə gələrdi. Bir gün gəlib bizim üçün dua etdi. Ummu Suleym (radıyəllahu anhumə) dedi: "Bu balaca xidmətçin üçün dua etməyəcəksənmi?". O üç dəfə mənim üçün dua edib dedi: "Allahummə Əksir Mələhu Va Valədəhu, Va Atil Həyətəhu, Vağfirləhu - Allahım! Onun malının və övladının sayını çoxalt, onun ömrünü uzat və onu bağışla!" (Nəslimdən) yüz üç kişi basdırdım. Ağaclarım ildə iki dəfə məhsul verir. Ömrüm də o qədər uzanıbdır ki, artıq insanlardan utanıram. Bağışlanmağa ümid edirəm". (əl-Buxari "Ədəbul-Mufrad", 653).
- Şəhr ibn Həvşəb (radıyəllahu anhu) deyir ki; Ummu Sələmədən (radıyəllahu anhə) soruşdum: "Ey möminlərin anası! Allah Elçisi sənin yanında olduqda ən çox hansı duanı edərdi?". O dedi: "Onun ən çox etdiyi dua: "Yə Muqallibə-l-Qulub, Səbbit Qalbi Alə Diynik - Ey qəlbləri çevirən! Qəlbimi dinin üzərində sabit et! - Mən ondan: "Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən?" - deyə soruşdum. O buyurdu: "Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmasın. O, istədiyini düz saxlayır, istədiyini də döndərir". Sonra o, bu ayəni oxudu: "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!" (Ali İmran, 8)". (ət-Tirmizi, 2140, 3522, 3864, 3587; İbn Hibban, 943; əl-Buxari "Ədəbul-Mufrad", 683; İbn Məcəh, 3834; İmam Əhməd, 26562, 26721). Həmçinin oxuyun:
Müsəlmanın qalası (dua və zikrlər kitabçası)
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Yasir və Ammar ibn Yasir haqqında