Birinci olmaq, başqalarından seçilmək arzusundan necə xilas olum?
Salam aleykum. Əgər sizdə başqalarından öndə olmaq istəyi varsa, bunu xeyirli əməllərdə öndə olmağa yönəltsəniz, Allahın razılığını qazanmış olarsınız. Uca Allah buyurur: "Yaxşı işlər görməkdə bir-birinizlə yarışın". (əl-Məidə, 48).
"Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. Onlara möhürlü şərabdan içirdiləcəkdir. Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!" (əl-Mutaffifin, 22-26).
Səhabələr də hər zaman xeyirli işlərdə bir-birini ötməyə çalışar, yarışardılar. Xeyirli işlərin isə başında namaz gəlir. Allahın izni ilə tezliklə namaza başlayın:
Namaz qılmaq qaydası
Paxıllıq etmək isə haramdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yalnız iki şəxsə həsəd aparmaq olar. O şəxsə ki, Allah ona Quranı öyrətmiş, o da onu gecə-gündüz oxuyur. Ona baxıb demək olar ki, kaş mənə də onun kimi Quran oxumaq öyrədiləydi, mən də onun kimi oxuyardım. Bir də o şəxsə ki, Allah ona var-dövlət bəxş etmiş, o da onu lazımi yerlərə Allah yolunda xərcləyir. Ona da baxıb demək olar ki, kaş mənə də bu cür var-dövlət veriləydi, mən də onun kimi xərcləyəydim". (əl-Buxari). Daha ətraflı: Paxıllıq haqqında